Əsas səhifə Saytın xəritəsi Qəbul Axtarış Əlaqə Linklər

    

    
               www.president.az

    

    
             www.azerbaijan.az

    
             www.courts.gov.az

    
        www.constcourt.gov.az

    
   www.supremecourt.gov.az

    
             www.justice.gov.az

    
                www.e-qanun.az


  Yeni:  

ƏSAS SƏHİFƏ

SUMQAYIT APELYASİYA MƏHKƏMƏSİNDƏ MÜLKİ-PROSESSUAL MƏCƏLLƏYƏ EDİLMİŞ DƏYİŞİKLİKLƏR MÜZAKİRƏ OLUNUB 15.01.2019
Əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş və Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən məhkəmə islahatları çərçivəsində ədalət mühakiməsinin səmərəliliyinin artırılması istiqamətində ardıcıl tədbirlər davam etdirilir. Əhaliyə səmərəli xidmət göstərilməsinə, bu zaman korrupsiyaya şərait yaradan halların aradan qaldırılmasına və vətəndaş məmnunluğunun artırılmasına xüsusi önəm verilir. Keçirilən tədbirlərin daha bir bariz nümunəsi olaraq dövlətimizin başçısının qanunvericilik təşəbbüsü ilə 2018-ci il 28 dekabr tarixli Qanunla Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinə dəyişikliklər edilib.

AZƏRTAC xəbər verir ki, Sumqayıt Apelyasiya Məhkəməsinin inzibati binasında qanunvericiliyə edilmiş dəyişiklərin tətbiqi ilə əlaqədar tədbir keçirilib.
   


MÜLKİ PROSESSUAL MƏCƏLLƏYƏ EDİLƏN DƏYİŞİKLİKLƏRİN ÖYRƏNİLMƏSİ VƏ DÜZGÜN TƏTBİQİ DİQQƏT MƏRKƏZİNDƏDİR 15.01.2019
Son illər ədalət mühakiməsinin səmərəliliyinin artırılması üzrə dövlət başçısı cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən ardıcıl və məqsədyönlü tədbirlər sırasında insanların məhkəmələrə müraciət imkanlarının asanlaşdırılması məqsədi ilə "Elektron məhkəmə" informasiya sisteminin tətbiqi mühüm yer tutur. Bunun bariz nümünəsi kimi dövlət başçısının qanunvericilik təşəbbüsü ilə 2018-ci il 28 dekabr tarixdə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində edilən mütərəqqi dəyişiklikləri göstərmək olar.

Yeni qanunvericiliyin icrası məqsədilə Şəki Məhkəmə Kompleksində Şəki Apellyasiya Məhkəməsinin və onun yurisdiksiyasına aid birinci instansiya məhkəmələrinin hakimləri üçün təlim keçirilib...
   


NAXÇIVAN MUXTAR RESPUBLİKASININ BİR SIRA BİRİNCİ İNSTANSİYA MƏHKƏMƏLƏRİ HAKİMLƏRİNİN VƏ SƏDRLƏRİNİN TƏYİN EDİLMƏSİ HAQQINDA AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN SƏRƏNCAMI 11.01.2019
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 9-cu və 32-ci bəndlərini rəhbər tutaraq qərara alıram:...
   


MƏHKƏMƏ FƏALİYYƏTİNƏ DAİR QANUNVERİCİLİYİN YENİ MÜDDƏALARI ÖYRƏNİLİR 10.01.2019
Ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ədalət mühakiməsinin səmərəliliyinin artırılması üzrə ardıcıl tədbirlər davam etdirilir, məhkəmə sistemi müasirləşdirilir, vətəndaşların məhkəmələrə əlçatanlığı asanlaşdırılır, işlərə daha çevik və keyfiyyətlə baxılması, məhkəmələrdə aşkarlığın artırılması və elektron məhkəmə sisteminin tətbiqinin genişləndirilməsi ilə bağlı mühüm işlər görülür.

Dövlət başçısının qanunvericilik təşəbbüsü ilə 2018-ci il dekabrın 28-də qəbul olunmuş qanunlarla Mülki Prosessual Məcəllədə və "Məhkəmələr və hakimlər haqqında" Qanunda edilmiş əsaslı dəyişikliklər məhkəmə fəaliyyətinin təkmilləşdirilməsinə və müasirləşdirilməsinə, məhkəmə icraatının elektron qaydada aparılmasına, operativliyin və şəffaflığın təmin olunmasına, vətəndaşların məhkəmələrə müraciət imkanlarının genişləndirilməsinə xidmət edir.
   


MƏHKƏMƏ-HÜQUQ ŞURASININ SƏDRİ AĞDAŞDA VƏTƏNDAŞLARI QƏBUL EDİB 07.01.2019
Ölkə Prezidenti cənab İlham Əliyevin dövlət qurumları tərəfindən insanlara layiqli xidmət göstərilməsi, vətəndaşların müraciətlərinə qayğı və həssaslıqla yanaşılması barədə tapşırıqlarına uyğun olaraq Ədliyyə Nazirliyi tərəfindən vətəndaşların bölgələrdə qəbuluna xüsusi diqqət yetirilir.

Yanvarın 7-də ədliyyə naziri Fikrət Məmmədov Ağdaş rayonu Heydər Əliyev Mərkəzində Ağdaş, Yevlax və Ucar rayonlarından olan vətəndaşların qəbulunu keçirib...
   


ƏDLİYYƏ NAZİRLİYİNDƏ MÜŞAVİRƏ KEÇİRİLİB 04.01.2019
Ədalət mühakiməsinin səmərəliliyinin artırılması ilə bağlı həyata keçirilən tədbirlər çərçivəsində dövlət başçısının qanunvericilik təşəbbüsü ilə 2018-ci il 28 dekabr tarixdə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində və "Məhkəmələr və hakimlər haqqında" Qanunda əsaslı dəyişiklikləri nəzərdə tutan yeni qanunlar qəbul olunub.

Məhkəmə fəaliyyətinin təkmilləşdirilməsində, işin səmərəliliyinin və keyfiyyətinin artırılmasında, iş yükünün azaldılmasında, "elektron məhkəmə" sisteminin tətbiqinin genişləndirilməsində müstəsna əhəmiyyət kəsb edən qanunvericiliyə edilmiş mütərəqqi dəyişikliklər, həmçinin məhkəmələrdə şəffaflığın və aşkarlığın artırılmasına, işlərə daha operativ baxılmasına, vətəndaşların hüquqlarının təmin olunmasına xidmət edəcəkdir.
   


 Səhifə:   Birinci ... 24 | 25 | 26 | 27 | 28


 














© 2005-2010, Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurası
Ünvan: Bakı şəhəri, Z. Xəlilov küç., 540-cı məhəllə, AZ1073, Azərbaycan
Telefon: (00994 12) 510-21-62 (Faks)
www.jlc.gov.az