Əsas səhifə Saytın xəritəsi Qəbul Axtarış Əlaqə Linklər

    

    
               www.president.az

    

    
             www.azerbaijan.az

    
             www.courts.gov.az

    
        www.constcourt.gov.az

    
   www.supremecourt.gov.az

    
             www.justice.gov.az

    
                www.e-qanun.az


  Yeni:  

ƏSAS SƏHİFƏ

HAKİMLƏR ÜÇÜN VİDEO-KONFRANS VASİTƏSİLƏ TƏLİM KEÇİRİLİB 18.01.2019
Ölkəmizdə ədalət mühakiməsinin səmərəliliyinin artırılması üzrə həyata keçirilən islahatlar çərçivəsində hakimlərin tədrisinə xüsusi diqqət yetirilir, bu məqsədlə müxtəlif aktual mövzulara, o cümlədən qanunvericilikdəki yeniliklərə dair mütəmadi təlimlər təşkil olunur. Dövlət başçısı cənab İlham Əliyevin qanunvericilik təşəbbüsü ilə 2018-ci il dekabrın 28-də qəbul olunmuş Qanunla Mülki Prosessual Məcəllədə edilmiş əsaslı dəyişiklərin mahiyyətinin dərindən öyrənilməsi və düzgün tətbiqi məqsədilə keçirilən silsilə təlimlər davam etdirilir.

Növbəti belə təlim Şirvan regional ədliyyə idarəsində video-konfrans vasitəsilə Şirvan və Gəncə apellyasiya məhkəmələrinin və onların yurisdiksiyaya aid olan birinci instansiya məhkəmələri hakimlərinin iştirakı ilə keçirilib.
   


BAKI APELYASİYA MƏHKƏMƏSİNDƏ MÜLKİ PROSESSUAL MƏCƏLLƏYƏ EDİLMİŞ DƏYİŞİKLİKLƏRİN TƏTBİQİ MÜZAKİRƏ OLUNUB 17.01.2019
Bakı Apelyasiya Məhkəməsində onun yurisdiksiyasına aid məhkəmələrin hakimlərinin və aparat işçilərinin iştirakı ilə Prezident İlham Əliyevin qanunvericilik təşəbbüsü ilə qəbul olunmuş 2018-ci il 28 dekabr tarixli Qanunla Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinə edilən dəyişikliklər müzakirə olunub.

Məhkəmənin sədri İman Nağıyev tədbiri açaraq Mülki Prosessual Məcəlləyə edilmiş dəyişiklərin ölkəmizdə məhkəmə sisteminin müasirləşdirilməsi üzrə həyata keçirilən köklü islahatların tərkib hissəsi olduğunu diqqətə çatdırıb. O, Azərbaycan ədliyyəsinin davamlı inkişafı çərçivəsində məhkəmə fəaliyyətinin elektronlaşdırılması, ədalət mühakiməsi prosesinin rəqəmsallaşması sahəsində ardıcıl və məqsədyönlü tədbirlər həyata keçirildiyini vurğulayıb.
   


MƏHKƏMƏ FƏALİYYƏTİNİN TƏKMİLLƏŞDİRİLMƏSİ ÜZRƏ ARDICIL TƏDBİRLƏR DAVAM ETDİRİLİR 16.01.2019
Təməli ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş məhkəmə-hüquq islahatları ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirilərək məhkəmə sistemi müasirləşdirilir, vətəndaşların ədalət mühakiməsinə əlçatanlığı asanlaşdırılır, müasir İKT-lərin, o cümlədən "elektron məhkəmə" informasiya sisteminin tətbiqinin genişləndirilməsi ilə bağlı mühüm işlər görülür.

Həmçinin hakim korpusu yeni nəsil hüquqşünaslarla möhkəmləndirilib, mövcud vakansiyaların tam əksəriyyəti komplektləşdirilməklə hakimlərin iş yükü xeyli azaldılıb, işlərə daha keyfiyyətlə və vaxtında baxılmasına şərait...
   


SUMQAYIT APELYASİYA MƏHKƏMƏSİNDƏ MÜLKİ-PROSESSUAL MƏCƏLLƏYƏ EDİLMİŞ DƏYİŞİKLİKLƏR MÜZAKİRƏ OLUNUB 15.01.2019
Əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş və Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən məhkəmə islahatları çərçivəsində ədalət mühakiməsinin səmərəliliyinin artırılması istiqamətində ardıcıl tədbirlər davam etdirilir. Əhaliyə səmərəli xidmət göstərilməsinə, bu zaman korrupsiyaya şərait yaradan halların aradan qaldırılmasına və vətəndaş məmnunluğunun artırılmasına xüsusi önəm verilir. Keçirilən tədbirlərin daha bir bariz nümunəsi olaraq dövlətimizin başçısının qanunvericilik təşəbbüsü ilə 2018-ci il 28 dekabr tarixli Qanunla Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinə dəyişikliklər edilib.

AZƏRTAC xəbər verir ki, Sumqayıt Apelyasiya Məhkəməsinin inzibati binasında qanunvericiliyə edilmiş dəyişiklərin tətbiqi ilə əlaqədar tədbir keçirilib.
   


MÜLKİ PROSESSUAL MƏCƏLLƏYƏ EDİLƏN DƏYİŞİKLİKLƏRİN ÖYRƏNİLMƏSİ VƏ DÜZGÜN TƏTBİQİ DİQQƏT MƏRKƏZİNDƏDİR 15.01.2019
Son illər ədalət mühakiməsinin səmərəliliyinin artırılması üzrə dövlət başçısı cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən ardıcıl və məqsədyönlü tədbirlər sırasında insanların məhkəmələrə müraciət imkanlarının asanlaşdırılması məqsədi ilə "Elektron məhkəmə" informasiya sisteminin tətbiqi mühüm yer tutur. Bunun bariz nümünəsi kimi dövlət başçısının qanunvericilik təşəbbüsü ilə 2018-ci il 28 dekabr tarixdə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində edilən mütərəqqi dəyişiklikləri göstərmək olar.

Yeni qanunvericiliyin icrası məqsədilə Şəki Məhkəmə Kompleksində Şəki Apellyasiya Məhkəməsinin və onun yurisdiksiyasına aid birinci instansiya məhkəmələrinin hakimləri üçün təlim keçirilib...
   


NAXÇIVAN MUXTAR RESPUBLİKASININ BİR SIRA BİRİNCİ İNSTANSİYA MƏHKƏMƏLƏRİ HAKİMLƏRİNİN VƏ SƏDRLƏRİNİN TƏYİN EDİLMƏSİ HAQQINDA AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN SƏRƏNCAMI 11.01.2019
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 9-cu və 32-ci bəndlərini rəhbər tutaraq qərara alıram:...
   


MƏHKƏMƏ-HÜQUQ ŞURASININ SƏDRİ AĞDAŞDA VƏTƏNDAŞLARI QƏBUL EDİB 07.01.2019
Ölkə Prezidenti cənab İlham Əliyevin dövlət qurumları tərəfindən insanlara layiqli xidmət göstərilməsi, vətəndaşların müraciətlərinə qayğı və həssaslıqla yanaşılması barədə tapşırıqlarına uyğun olaraq Ədliyyə Nazirliyi tərəfindən vətəndaşların bölgələrdə qəbuluna xüsusi diqqət yetirilir.

Yanvarın 7-də ədliyyə naziri Fikrət Məmmədov Ağdaş rayonu Heydər Əliyev Mərkəzində Ağdaş, Yevlax və Ucar rayonlarından olan vətəndaşların qəbulunu keçirib...
   


BİR SIRA BİRİNCİ İNSTANSİYA MƏHKƏMƏLƏRİ HAKİMLƏRİNİN TƏYİN EDİLMƏSİ VƏ BƏZİ BİRİNCİ İNSTANSİYA MƏHKƏMƏLƏRİ HAKİMLƏRİNİN VƏZİFƏLƏRİNİN DƏYİŞDİRİLMƏSİ HAQQINDA AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN SƏRƏNCAMI 05.01.2019

Məhkəmə-Hüquq Şurasının təkliflərini nəzərə alaraq, Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 9-cu bəndini rəhbər tutaraq qərara alıram:

1. “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 94-cü və 96-cı maddələrinə uyğun olaraq, hakim vəzifəsinə aşağıdakı namizədlər birinci instansiya məhkəmələrinin hakimləri təyin...

   


ƏDLİYYƏ NAZİRLİYİNDƏ MÜŞAVİRƏ KEÇİRİLİB 04.01.2019
Ədalət mühakiməsinin səmərəliliyinin artırılması ilə bağlı həyata keçirilən tədbirlər çərçivəsində dövlət başçısının qanunvericilik təşəbbüsü ilə 2018-ci il 28 dekabr tarixdə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində və "Məhkəmələr və hakimlər haqqında" Qanunda əsaslı dəyişiklikləri nəzərdə tutan yeni qanunlar qəbul olunub.

Məhkəmə fəaliyyətinin təkmilləşdirilməsində, işin səmərəliliyinin və keyfiyyətinin artırılmasında, iş yükünün azaldılmasında, "elektron məhkəmə" sisteminin tətbiqinin genişləndirilməsində müstəsna əhəmiyyət kəsb edən qanunvericiliyə edilmiş mütərəqqi dəyişikliklər, həmçinin məhkəmələrdə şəffaflığın və aşkarlığın artırılmasına, işlərə daha operativ baxılmasına, vətəndaşların hüquqlarının təmin olunmasına xidmət edəcəkdir.
   


 Səhifə:   Birinci ... 25 | 26 | 27 | 28 | 29


 














© 2005-2010, Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurası
Ünvan: Bakı şəhəri, Z. Xəlilov küç., 540-cı məhəllə, AZ1073, Azərbaycan
Telefon: (00994 12) 510-21-62 (Faks)
www.jlc.gov.az