Ədliyyə naziri, Məhkəmə-Hüquq Şurasının sədri Fikrət Məmmədov bölgə vətəndaşlarının qəbulu məqsədilə yanvarın 18-də Neftçalada səfərdə olub.
Əvvəlcə ümummilli lider Heydər Əliyevin abidəsi ziyarət olunaraq önünə gül dəstələri qoyulub, əziz xatirəsinə dərin ehtiram bildirilib. Sonra Neftçala şəhəri Heydər Əliyev Mərkəzində Ümummilli Liderin həyat və fəaliyyətinin müxtəlif dövrlərini əks etdirən maraqlı eksponatlarla tanışlıq olub.
Ölkə Prezidenti İlham Əliyevin tapşırığına və bölgələrdə vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq Heydər Əliyev Mərkəzində Neftçala, Salyan, Biləsuvar və digər rayonlardan olan vətəndaşların...
Ölkə Prezidenti İlham Əliyevin “Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında” 03.04.2019-cu il tarixli Fərmanı ilə ayrılmış 200 hakim ştatının doldurulması ilə bağlı hakimliyə namizədlərin fasiləsiz seçimi davam edir.
Hər bir demokratik cəmiyyətdə mühüm rol oynayan məhkəmə hakimiyyətinin möhkəmləndirilməsinə ölkəmizdə daim xüsusi önəm verilir. Bu sahədə köklü mütərəqqi islahatların müəllifi olan ulu öndər Heydər Əliyevin müasir hüquq, o cümlədən məhkəmə sisteminin inkişafında müstəsna xidmətləri danılmazdır. İnsan hüquqlarının etibarlı təminatına xidmət edən yeni, üçpilləli müstəqil məhkəmə hakimiyyətinin bərqərar edilməsi məhz dahi Heydər Əliyevin adı ilə bağlıdır.
Təməli Ümummilli Lider tərəfindən qoyulmuş bu islahatlar ölkə Prezidenti İlham Əliyevin rəhbərliyi ilə müasir çağırışlara uyğun inkişaf etdirilir, dövlət başçısının imzaladığı və mühüm "yol xəritəsi" olan 2019-cu il 3 aprel tarixli Fərmanı məhkəmə-hüquq islahatlarının dərinləşdirilməsinə rəvac verərək...
Ölkə Prezidentinin məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında 03.04.2019-cu il tarixli Fərmanı ilə əlavə ayrılmış 200 hakim ştatının yüksək hazırlığa və mənəvi keyfiyyətlərə malik hüquqşünaslar hesabına komplektləşdirilməsi üzrə ardıcıl tədbirlər görülür.
Belə ki, Avropada şəffaflığı ilə fərqlənən hakimliyə namizədlərin seçimi prosedurumuz daha da təkmilləşdirilib, müasir İKT imkanlarından istifadə edilməklə hər bir namizədin sualları fərdi qaydada, kompüter vasitəsilə
Məhkəmə-Hüquq Şurasının təkliflərini nəzərə alaraq, Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 9-cu bəndini rəhbər tutaraq qərara alıram:
1. “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 94-cü və 96-cı maddələrinə uyğun olaraq, hakim vəzifəsinə aşağıdakı namizədlər birinci instansiya məhkəmələrinin hakimləri təyin edilsinlər:
Ölkə Prezidenti cənab İlham Əliyevin məhkəmə fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı tövsiyə və tapşırıqları üzrə görülən tədbirlər çərçivəsində hakim vəzifəsinə namizədlərin tam şəffaf şəraitdə və obyektiv meyarlar əsasında seçimi davam edir.
Test üsulu ilə və yazılı imtahanlarda müvəffəqiyyət qazanmış 54 nəfər namizədlə Hakimlərin Seçki Komitəsi tərəfindən şifahi imtahanlar keçirilib. İmtahanlar zamanı namizədlərə hüququn müxtəlif sahələrinə dair 5 sual verilib və onların hər biri...
“Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında” ölkə Prezidenti cənab İlham Əliyevin 03.04.2019-cu il tarixli Fərmanı ədalət mühakiməsinin səmərəliliyinin artırılması üzrə mühüm “yol xəritəsi” olmaqla işin müasir çağırışlara uyğun yeni mərhələdə aparılmasını, hüquqların məhkəmə müdafiəsinin güclənməsini şərtləndirir.
Fərmanın icrası ilə bağlı məhkəmələrə əlçatanlığın yaxşılaşdırılması, “Elektron məhkəmə” informasiya sisteminin tətbiqinin genişləndirilməsi, məhkəmə icraatında çevikliyin...
Məhkəmə-Hüquq Şurasının təkliflərini nəzərə alaraq, Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 9-cu və 32-ci bəndlərini rəhbər tutaraq qərara alıram:
1. “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 94-cü maddəsinə və 97-ci maddəsinin ikinci hissəsinə uyğun olaraq,
apellyasiya məhkəmələri üzrə:
1.1. İlham Məmməd oğlu Cəfərov Bakı Apellyasiya Məhkəməsi sədrinin müavini təyin edilsin...
Azərbaycan Respublikası Konstitusiyasının 95-ci maddəsinin I hissəsinin 10-cu bəndinə, 132-ci maddəsinin II hissəsinə, “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 94-cü maddəsinin ikinci hissəsinə və 97-ci maddəsinin ikinci hissəsinə uyğun olaraq, Azərbaycan Respublikası Prezidentinin təqdimatına əsasən Azərbaycan Respublikasının Milli Məclisi qərara alır: ...