Əsas səhifə Saytın xəritəsi E-müraciət Qəbul Axtarış Əlaqə Linklər

    

    
               www.president.az

    

    
             www.azerbaijan.az

    
             www.courts.gov.az

    
        www.constcourt.gov.az

    
   www.supremecourt.gov.az

    
             www.justice.gov.az

    
                www.e-qanun.az


  Yeni:  

ƏSAS SƏHİFƏ

HAKİMLİYƏ NAMİZƏDLƏRLƏ TEST İMTAHANI KEÇİRİLMİŞDİR 05.11.2021
Məhkəmə fəaliyyətinin təkmilləşdirilməsi üzrə dövlət başçısının tapşırıqlarına əsasən görülən tədbirlər çərçivəsində hakimliyə namizədlərin tam şəffaf şəraitdə və obyektiv meyarlarla seçimi keçirilir. Bununla əlaqədar açıq müsabiqə elan olunaraq sənədlərin qəbulu fasiləsiz xarakter alıb.

Təkcə son iki il ərzində 900-dək namizəd müsabiqələrdə iştirak üçün sənədlərini təqdim edib, 44 nəfər seçilərək ölkə Prezidentinin Sərəncamı ilə müxtəlif birinci instansiya məhkəmələrinə hakim təyin edilib, 125 nəfər namizəd isə hazırda müsabiqənin müxtəli...
   


MƏHKƏMƏ-HÜQUQ ŞURASININ İCLASI KEÇİRİLİB 27.10.2021
Oktyabrın 26-da Məhkəmə-Hüquq Şurasının videokonfrans formatında iclası keçirilib. Çıxış edən Şuranın sədri, ədliyyə naziri Fikrət Məmmədov bu ərəfənin əlamətdar bayramlara təsadüf etdiyini, bir neçə gün öncə müstəqilliyimizin bərpasının 30-cu ildönümünün qeyd edildiyini, habelə qarşıdan Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə Vətən müharibəsində Böyük Qələbəmizin təcəssümü olan Zəfər Gününün gəldiyini bildirib.

Müstəqilliyimizin bərpasının ilk illərində ölkəmizin məruz qaldığı hərbi təcavüz, daxili anarxiya və hərc-mərclik, vətəndaş müharibəsi təhlükəsinin real xarakter aldığını xatırladan Şuranın sədri dövlətçiliyimizin yenidən itirilməməsi üçün xalqın təkidli tələbi ilə ümummilli lider Heydər Əliyevin 1993-cü ildə respublika rəhbərliyinə qayıtdığını vurğulayıb. Dahi öndərin xilaskarlıq missiyası, cəsarətli və sarsılmaz iradəsi nəticəsində xalqımız və dövlətimiz üçün böyük təhlükələrin qarşısı alınaraq müstəqilliyimiz dönməz və əbədi...
   


HAKİMLƏRİN SEÇKİ KOMİTƏSİNİN MƏLUMATI 13.10.2021
Azərbaycan Respublikası Prezidentinin «Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında» 03.04.2019-cu il tarixli Fərmanı ilə məhkəmə fəaliyyətinin təkmilləşdirilməsi üzrə zəruri tapşırıqlar verilib. Hakimlərin yüksək iş yükünün azaldılması, işlərə daha tez və keyfiyyətlə baxılması məqsədilə hakim ştatlarının sayı 200 vahid artırılıb.

Bununla əlaqədar hakimliyə namizədlərin seçimi prosesi fasiləsiz aparılmaqla sənədlərin qəbulu davamlı xarakter alıb, 700-dək namizədlə müsabiqələr keçirilib, 44 nəfər dövlət başçısının sərəncamı ilə cari ildə müxtəlif hakim vəzifələrinə təyin edilib, hazırda 125 nəfər müsabiqənin müxtəlif...
   


MƏHKƏMƏ-HÜQUQ SİSTEMİ MÜASİR ÇAĞIRIŞLARA UYĞUN TƏKMİLLƏŞİR 25.09.2021
Sentyabrın 24-də Ədliyyə Nazirliyi və Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsi tərəfindən Sumqayıt Məhkəmə Kompleksində “Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə məhkəmə-hüquq sisteminin inkişafı: çağırışlar, islahatlar və innovasiyalar” mövzusunda ictimai təqdimat keçirilib. Tədbirdə ədliyyə nazirinin müavini Toğrul Musayev, Milli Məclis sədrinin birinci müavini, Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli, Milli Məclisin İnsan hüquqları komitəsinin sədri Zahid Oruc, deputatlar, Vəkillər Kollegiyası Rəyasət Heyətinin sədri Anar Bağırov, Ədliyyə Nazirliyinin və Məhkəmə-Hüquq Şurası Aparatının rəhbər vəzifəli şəxsləri, hakimlər, vətəndaş cəmiyyəti institutlarının rəhbərləri...
   


SUMQAYIT MƏHKƏMƏ KOMPLEKSİ 1 MİLYON 460 MİN ƏHALİYƏ RAHAT VƏ ƏLÇATAN, KEYFİYYƏTLİ MƏHKƏMƏ XİDMƏTLƏRİ GÖSTƏRƏCƏK 07.09.2021
Konseptual baxımdan yeni olan, öz funksionallığı ilə fərqlənən və altı məhkəməni – Sumqayıt apellyasiya, regional inzibati, kommersiya və ağır cinayətlər, Sumqayıt şəhər, eləcə də müvəqqəti olaraq Qubadlı rayon məhkəmələrini əhatə edən Sumqayıt Məhkəmə Kompleksində innovasiyalar və digər avadanlıqlarla təchiz olunmaqla yaradılan müasir şərait təxminən 1 milyon 460 min əhaliyə rahat və əlçatan, keyfiyyətli məhkəmə xidmətlərinin göstərilməsinə yönəlib.

Artıq istifadəyə verilmiş yeni məhkəmə kompleksi sentyabrın 7-də ictimaiyyətə təqdim olunub. Bu münasibətlə Ədliyyə Nazirliyi tərəfindən...
   


PREZİDENT İLHAM ƏLİYEV SUMQAYIT MƏHKƏMƏ KOMPLEKSİNİN AÇILIŞINI EDİB 03.09.2021
Sentyabrın 3-də Sumqayıt Məhkəmə Kompleksinin açılışı olub.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev açılışda iştirak edib.

Məhkəmə-Hüquq Şurasının sədri, Ədliyyə naziri Fikrət Məmmədov kompleksdə yaradılan şərait barədə dövlətimizin başçısına məlumat verdi.

Qeyd edək ki, ölkəmizdə digər sahələrdə olduğu kimi, məhkəmə sistemində də islahatlar uğurla davam etdirilir. Prezident İlham Əliyevin 2019-cu ildə imzaladığı Fərman bu sahədə mühüm "yol xəritəsi" olmaqla onun icrası ilə bağlı kompleks qanunvericilik və praktiki tədbirlər görülür. Yeni regional inzibati və kommersiya məhkəmələri təsis edilib, vahid məhkəmə...
   


HAKİMLƏRİN SEÇKİ KOMİTƏSİNİN MƏLUMATI 23.07.2021
Ölkə Prezidenti cənab İlham Əliyevin məhkəmə fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı tövsiyə və tapşırıqları üzrə görülən tədbirlər çərçivəsində hakim vəzifəsinə namizədlərin tam şəffaf şəraitdə və obyektiv meyarlar əsasında seçimi davam edir.

Müsabiqənin bütün mərhələlərində uğur qazanmış 44 nəfər hakimliyə namizəd cari ilin fevral ayında dövlət başçısının Sərəncamı ilə müxtəlif hakim vəzifələrinə təyin ediliblər.

Eyni zamanda test, habelə yazılı və şifahi imtahanları müvəffəqiyyətlə vermiş daha 41 namizəd hakim vəzifəsinə hazırlanmaları üçün tədris kurslarına...
   


VƏTƏNDAŞLARIN VİDEOQƏBULU KEÇİRİLİB 15.07.2021
Ölkə Prezidenti cənab İlham Əliyevin vətəndaşların müraciətlərinə qayğı və həssaslıqla yanaşılması ilə bağlı tapşırıqları daim diqqətdə saxlanılır, pandemiya şəraiti nəzərə alınaraq müraciətlərə elektron qaydada baxılması təmin edilir, mütəmadi videoqəbullar keçirilir.

İyulun 14-də Məhkəmə-Hüquq Şurasının sədri, ədliyyə naziri Fikrət Məmmədov paytaxtda və müxtəlif bölgələrdə yaşayan...
   


AZƏRBAYCAN-TÜRKİYƏ ARASINDA HÜQUQİ ƏLAQƏLƏR MÜTTƏFİQLİK MÜNASİBƏTLƏRİNƏ UYĞUN İNKİŞAF EDİR 06.07.2021
Dost və qardaş Azərbaycan və Türkiyə Ədliyyə nazirlikləri tərəfindən sıx əməkdaşlıq edilir, nümayəndə heyətlərinin müntəzəm səfərləri və birgə tədbirlər keçirilir, səmərəli hüquqi yardım göstərilir.

İki ölkənin ədliyyə orqanları arasında əməkdaşlığın genişləndirilməsi məqsədilə Türkiyə Ədliyyə Akademiyasının rektoru Muhittin Özdemir rəhbərlik etdiyi nümayəndə heyəti ilə Azərbaycana səfərə gəlib.

Səfər zamanı qonaqlar Fəxri xiyabanda ümummilli lider Heydər Əliyevin əziz xatirəsini yad edərək məzarı önünə gül dəstələri qoyublar. Həmçinin, Şəhidlər Xiyabanında ölkəmizin müstəqilliyi və ərazi bütövlüyü uğrunda həlak olmuş həmvətənlərimizin məzarını və şəhid türk əsgərlərinin xatirəsinə ucaldılmış...
   


HAKİMLƏRİN SEÇKİ KOMİTƏSİNİN MƏLUMATI 25.06.2021
Ölkə Prezidenti cənab İlham Əliyevin məhkəmə fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı tövsiyə və tapşırıqları üzrə görülən tədbirlər çərçivəsində hakim vəzifəsinə namizədlərin şəffaf şəraitdə və obyektiv meyarlar əsasında seçimi davam edir.

Test üsulu ilə və yazılı imtahanlarda müvəffəqiyyət qazanmış 64 nəfər namizədlə Hakimlərin Seçki Komitəsi tərəfindən şifahi imtahanlar...
   


 Səhifə:   1 | 2 | 3 | 4 | 5 | 6 | 7 ... Son


 













© 2005-2010, Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurası
Ünvan: Bakı şəhəri, Z. Xəlilov küç., 540-cı məhəllə, AZ1073, Azərbaycan
Telefon: (00994 12) 510-21-62 (Faks)
www.jlc.gov.az