Əsas səhifə Saytın xəritəsi E-müraciət Qəbul Axtarış Əlaqə Linklər

    
        www.heydar-aliyev.org

    
               www.president.az

    
             www.azerbaijan.az

    
             www.courts.gov.az

    
        www.constcourt.gov.az

    
   www.supremecourt.gov.az

    
             www.justice.gov.az

    
                www.e-qanun.az


  Yeni:  

ƏSAS SƏHİFƏ

Q.V.ƏLİYEVİN NAXÇIVAN MUXTAR RESPUBLİKASI ALİ MƏHKƏMƏSİNİN HAKİMİ TƏYİN EDİLMƏSİ HAQQINDA AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN QƏRARI 13.02.2018
Azərbaycan Respublikası Konstitusiyasının 95-ci maddəsinin I hissəsinin 10-cu bəndinə, 132-ci maddəsinin II hissəsinə, “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 94-cü maddəsinin ikinci hissəsinə, 96-cı maddəsinə və 97-ci maddəsinin II hissəsinə uyğun olaraq, Azərbaycan Respublikası Prezidentinin təqdimatına əsasən Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:
   


ƏDLİYYƏ AKADEMİYASINDA HAKİMLƏR ÜÇÜN DİSTANT TƏLİM KEÇİRİLİB 12.02.2018
Ölkə Prezidenti cənab İlham Əliyevin ədalət mühakiməsinin səmərəliliyinin artırılması ilə bağlı tapşırıqları çərçivəsində hakimlərin peşəkarlıq səviyyəsinin yüksəldilməsinə xüsusi diqqət yetirilir. Hakimlərin ən qabaqcıl metodikalarla davamlı tədrisi aparılır, bu zaman insan hüquqları, korrupsiya ilə mübarizə, məhkəmə etikası və digər aktual mövzuların, qanunvericilikdəki yeniliklərin, mütərəqqi Avropa təcrübəsinin, o cümlədən İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedent hüququnun öyrənilməsinə böyük önəm verilir.

Həmçinin BMT-nin Beynəlxalq Miqrasiya Təşkilatının dəstəyi ilə Akademiyanın elektron tədris platforması yaradılaraq distant treninq formaları tətbiq olunmaqla video-konfrans vasitəsilə təlimlər təşkil olunur...
   


AZƏRBAYCAN HÖKUMƏTİ VƏ BQXK SƏMƏRƏLİ ƏMƏKDAŞLIQ EDİR 05.02.2018
Ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə insan haqlarının, o cümlədən cəmiyyətimizin həssas təbəqəsi olan məhkumların hüquqlarının təmin olunmasına xüsusi diqqət yetirilir, penitensiar sistemdə məqsədyönlü islahatlar aparılır, qanunvericilik təkmilləşdirilir, məhkumların islah prosesində ictimai iştirakçılıq, həmçinin cəmiyyətə yenidən inteqrasiyası məqsədilə cəzadan vaxtından əvvəl şərti azad etmə institutu geniş tətbiq olunur.

Eyni zamanda, beynəlxalq qurumlar və yerli qeyri-hökumət təşkilatları ilə səmərəli əməkdaşlıq aparılır, penitensiar müəssisələrə başçəkmələr edilir, məhkumların hüquqlarının qorunmasının və saxlanma şəraitinin monitorinqi həyata keçirilir, onlara hüquqi yardım göstərilir...
   


HAKİMLİYƏ NAMİZƏDLƏRLƏ TƏDRİSİN NƏTİCƏLƏRİ ÜZRƏ YAZILI İMTAHAN KEÇİRİLMİŞDİR 03.02.2018
Məhkəmə fəaliyyətinin təkmilləşdirilməsi üzrə ölkə Prezidentinin tapşırıqlarına əsasən görülən tədbirlər çərçivəsində hakimliyə namizədlərin beynəlxalq standartlar səviyyəsində, şəffaf üsullarla seçimi prosesi davam edir.

Seçim zamanı 800-dən çox hakimliyə namizəddən 125 nəfəri test üsulu ilə, habelə yazılı və şifahi imtahanlardan müvəffəqiyyətlə keçərək, hakim vəzifəsinə hazırlanmaları üçün bir il müddətində...
   


AZƏRBAYCAN VƏ ƏLCƏZAİR ARASINDA HÜQUQİ ƏLAQƏLƏR GENİŞLƏNİR 01.02.2018
Ölkəmizin xarici dövlətlərlə dostluq və əməkdaşlıq münasibətlərində hüquqi əlaqələr xüsusi yer tutur. Ötən il respublika ədliyyə nazirinin Əlcəzair Xalq Demokratik Respublikasına səfəri zamanı Ədliyyə nazirlikləri arasında əməkdaşlıq haqqında Anlaşma Memorandumunun imzalanması iki ölkə arasında bağlanmış ilk sənəd olmaqla ikitərəfli münasibətlərin inkişafına təkan verib. Həmçinin hüquqi sahədə dövlətlərarası müqavilələrin bağlanması qərara alınaraq qısa müddətdə ekstradisiya sahəsində əməkdaşlığa dair müqavilə layihəsi hazırlanıb.

Həmin layihənin müzakirəsi və razılaşdırılması məqsədilə Əlcəzair Ədliyyə Nazirliyinin Hüquqi və məhkəmə əməkdaşlığı Direktorluğunun direktoru Abdellatif Mahmoud Jaouder və şöbə müdiri xanım Ferhat Hafidadan ibarət nümayəndə heyəti 28 yanvar - 1 fevral tarixlərində Azərbaycanda səfərdə olub...
   


“MƏHKƏMƏLƏR VƏ HAKİMLƏR HAQQINDA” AZƏRBAYCAN RESPUBLİKASININ QANUNUNDA DƏYİŞİKLİK EDİLMƏSİ BARƏDƏ AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU 31.01.2018
Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 5-ci bəndini rəhbər tutaraq, “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikasının Qanununu Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə uyğunlaşdırmaq məqsədi ilə qərara alır: ...
   


“MƏHKƏMƏLƏR VƏ HAKİMLƏR HAQQINDA” AZƏRBAYCAN RESPUBLİKASININ QANUNUNDA DƏYİŞİKLİK EDİLMƏSİ BARƏDƏ” AZƏRBAYCAN RESPUBLİKASININ 2017-Cİ IL 15 DEKABR TARIXLİ 927-VQD NÖMRƏLİ QANUNUNUN TƏTBİQİ HAQQINDA AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN SƏRƏNCAMI 31.01.2018
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu bəndini rəhbər tutaraq, “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2017-ci il 15 dekabr tarixli 927-VQD nömrəli Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiqini təmin etmək məqsədi ilə qərara alıram: ...
   


MƏHKƏMƏ-HÜQUQ ŞURASININ SƏDRİ ŞAMAXIDA VƏTƏNDAŞLARI QƏBUL EDİB 30.01.2018
Ölkə Prezidenti cənab İlham Əliyevin dövlət qurumları tərəfindən insanlara layiqli xidmət göstərilməsi, vətəndaşların müraciətlərinə qayğı və həssaslıqla yanaşılması barədə tapşırıqlarına uyğun olaraq Ədliyyə Nazirliyi tərəfindən vətəndaşların bölgələrdə qəbuluna xüsusi diqqət yetirilir.

Mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq yanvarın 30-da ədliyyə naziri, Məhkəmə-Hüquq Şurasının sədri Fikrət Məmmədov Şamaxı rayonu Heydər Əliyev Mərkəzində Şamaxı, İsmayıllı və Qobustan rayonlarından olan vətəndaşların qəbulunu keçirib...
   


HAKİMLƏRİN SEÇKİ KOMİTƏSİNİN MƏLUMATI 12.01.2018
Hakimlərin Seçki Komitəsinin növbəti iclası keçirilmişdir. İclasda test üsulu ilə, habelə yazılı və şifahi imtahanlardan müvəffəqiyyətlə keçmiş 125 nəfər hakimliyə namizədin hakim vəzifəsinə hazırlanmaları üçün 1 illik ilkin hazırlıq kursu barədə məlumat dinlənilmiş, kursun bu ayın sonunda başa çatacağı qeyd edilmişdir.

Bildirilmişdir ki, kurs çərçivəsində namizədlərin hakim olmaq üçün lazımi biliyə və peşə hazırlığına yiyələnmələrinə xüsusi diqqət yetirilmiş, insan haqlarının müdafiəsi, məhkəmə etikası, korrupsiyaya qarşı mübarizə və digər aktual məsələlərə...
   


SABİRABAD RAYON MƏHKƏMƏSİNİN HAKİMİ T.B.ABBASLININ SƏLAHİYYƏTLƏRİNƏ VAXTINDAN ƏVVƏL XİTAM VERİLMƏSİ HAQQINDA AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN SƏRƏNCAMI 11.01.2018
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini, habelə “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 113-cü və 114-cü maddələrini rəhbər tutaraq qərara alıram:

Qanunvericiliyin tələblərini dəfələrlə kobudcasına pozduğuna görə Sabirabad Rayon Məhkəməsinin hakimi...
   


 Səhifə:   1 | 2 | 3 | 4 | 5 | 6 | 7 | 8 ... Son


 





© 2005-2010, Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurası
Ünvan: Bakı şəhəri, Z. Xəlilov küç., 540-cı məhəllə, AZ1073, Azərbaycan
Telefon: (00994 12) 510-21-62 (Faks)
www.jlc.gov.az