Əsas səhifə Saytın xəritəsi E-müraciət Qəbul Axtarış Əlaqə Linklər

    
        www.heydar-aliyev.org

    
               www.president.az

    
             www.azerbaijan.az

    
                 www.courts.az

    
        www.constcourt.gov.az

    
   www.supremecourt.gov.az

    
             www.justice.gov.az

    
                www.e-qanun.az


  Yeni:  

VƏTƏNDAŞLARIN QƏBULU

Azərbaycan Respublikası
Məhkəmə-Hüquq Şurasının
27.08.2010-cu il tarixli qərarı
ilə təsdiq edilmişdir

Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasında vətəndaşların qəbul edilmə

Q A Y D A S I

1. Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasında vətəndaşların qəbulu "Vətəndaşların müraciətlərinə baxılması qaydası haqqında" Azərbaycan Respublikası Qanununa uyğun olaraq Məhkəmə-Hüquq Şurasının Aparatı tərəfindən təşkil edilir.

2. Vətəndaşların müraciətləri (ərizə, şikayət və təklifləri) ilə əlaqədar onların qəbulu Məhkəmə-Hüquq Şurasının sədri və üzvləri, Məhkəmə-Hüquq Şurası Aparatının rəhbəri və müvafiq əməkdaşları tərəfindən həyata keçirilir.

3. Məhkəmə-Hüquq Şurasının Aparatının əməkdaşları tərəfindən vətəndaşların qəbulu onların müraciətləri əsasında bütün iş günləri saat 09:00-dan 18:00-dək həyata keçirilir.

4. Məhkəmə-Hüquq Şurasının Aparatının rəhbəri tərəfindən vətəndaşların qəbulu zəruri hallarda dərhal, digər hallarda isə hər həftənin cümə günü saat 09:00-dan 13:00-dək həyata keçirilir.

5. Məhkəmə-Hüquq Şurası üzvlərinin aylar üzrə qəbul günləri və vaxtı Məhkəmə-Hüquq Şurasının Aparatı tərəfindən hər ayın sonunda növbəti ay üçün Şura üzvləri ilə razılaşdırılmaqla müəyyən edilir və vətəndaşları məlumatlandırmaq məqsədi ilə qəbul otağında asılır, həmçinin Şuranın rəsmi internet səhifəsində (http://www.jlc.gov.az) yerləşdirilir.

6. . Vətəndaşlar Şuranın sədrinin qəbuluna onların müraciətlərinə Aparatın rəhbəri və ya Şuranın üzvü tərəfindən baxıldıqdan sonra yazılırlar..

7. Yazılı müraciətlərini vətəndaşlar qəbul otağında xüsusi quraşdırılmış ərizə, şikayətlər qutusuna daxil edə və ya Şuranın Aparatının əməkdaşına şəxsən təqdim edə bilərlər.

8. Qəbul zamanı vətəndaşların təqdim etdikləri müraciətlərinə "Vətəndaşların müraciətlərinə baxılması qaydası haqqında" qanunla müəyyən edilmiş qaydada baxılır.

9. Vətəndaşlar həmçinin Məhkəmə-Hüquq Şurasının rəsmi internet səhifəsi (http://www.jlc.gov.az) vasitəsi ilə də müraciət göndərə bilərlər.


Məhkəmə-Hüquq Şurası üzvlərinin may ayı üzrə qəbul günləri

Soyadı, adı, atasının adı

Vəzifəsi

Qəbul günü
və vaxtı

Qəbul yeri

1

Məmmədov Fikrət
Fərrux oğlu

Məhkəmə-Hüquq Şurasının sədri

21.05.2012
saat 14:00

Azərbaycan Respublikasının
Ədliyyə Nazirliyi

2

Rzayev Ramiz
Yaqub oğlu

Məhkəmə-Hüquq Şurasının üzvü

16.05.2012
saat 14:00

Azərbaycan Respublikasının
Ali Məhkəməsi

3

Ələsgərov Fuad
Murtuz oğlu

Məhkəmə-Hüquq Şurasının üzvü

01.05.2012
saat 14:00

Azərbaycan Respublikasının
Prezidentinin Administrasiyası

4

Hüseynli Əli
Məhəmməd oğlu

Məhkəmə-Hüquq Şurasının üzvü

08.05.2012
saat 14:00

Məhkəmə-Hüquq Şurası, 3-cü mərtəbə, otaq № 303

5

Əsgərov Namiq
Əli oğlu

Məhkəmə-Hüquq Şurasının üzvü

02.05.2012
saat 17:00

Məhkəmə-Hüquq Şurası, 3-cü mərtəbə, otaq № 303

6

Cəfərov Azər
Məmməd oğlu

Məhkəmə-Hüquq Şurasının üzvü

03.05.2012
saat 16:00

Məhkəmə-Hüquq Şurası, 3-cü mərtəbə, otaq № 303

7

Qvaladze Rəfael
Sergeyeviç

Məhkəmə-Hüquq Şurasının üzvü

07.05.2012
saat 15:00

Məhkəmə-Hüquq Şurası, 3-cü mərtəbə, otaq № 303

8

Məmmədova Şəlalə
Ağakərim qızı

Məhkəmə-Hüquq Şurasının üzvü

31.05.2012
saat 15:00

Məhkəmə-Hüquq Şurası, 3-cü mərtəbə, otaq № 303

9

Səfərov Rizvan
Kamal oğlu

Məhkəmə-Hüquq Şurasının üzvü

21.05.2012
saat 11:00

Məhkəmə-Hüquq Şurası, 3-cü mərtəbə, otaq № 303

10

Süleymanov Ramiz
Rəhim oğlu

Məhkəmə-Hüquq Şurasının üzvü

18.05.2012
saat 14:00

Naxçıvan MR Ali Məhkəməsi

11

Kalbalıyev Aslan
Kalbalı oğlu

Məhkəmə-Hüquq Şurasının üzvü

14.05.2012
saat 10:00

Məhkəmə-Hüquq Şurası, 3-cü mərtəbə, otaq № 303

12

Məmmədov Rafiq
Uğuz oğlu

Məhkəmə-Hüquq Şurasının üzvü

23.05.2012
saat 16:00

Məhkəmə-Hüquq Şurası, 3-cü mərtəbə, otaq № 303

13

Ağayev İlham
Barat oğlu

Məhkəmə-Hüquq Şurasının üzvü

11.05.2012
saat 15:00

Məhkəmə-Hüquq Şurası, 3-cü mərtəbə, otaq № 303

14

Həsənov Şəfayət
Qardaşalı oğlu

Məhkəmə-Hüquq Şurasının üzvü

31.05.2012
saat 10:00

Məhkəmə-Hüquq Şurası, 3-cü mərtəbə, otaq № 303





 


© 2005-2010, Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurası
Ünvan: Bakı şəhəri, Z. Xəlilov küç., 540-cı məhəllə, AZ1073, Azərbaycan
Telefon: (00994 12) 510-21-62 (Faks)
www.jlc.gov.az
info@jlc.gov.az